Xəbər lenti

İŞİD Suriyaya yaxınlaşır
Dünya12:24 16.06.2014

İŞİD Suriyaya yaxınlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Terrorçular daha iki bölgəni ələ keçirib

İraq Şam İslam Dövləti Suriya-İraq sərhədinə nəzarəti ələ keçirməyə çalışır. ANS PRESS-in məlumatına görə, İŞİD Suriya sərhədində yerləşən Ənbar vilayətinin bəzi qəsəbələrini ələ keçirib.

Terrorçular bölgədən İraq ordsunun geri çəkilməyindən istifadə edərək Ənbar vilayətinin Rəmanə və Kerabel qəsəbələrini nəzarət altına alıb.

Xatırladaq ki, İŞİD İraqın böyük şəhərlərindən olan Mosul və Tikriti ələ keçirib. İraqda ordu qüvvələri ilə İŞİD arasında döyüşlər gedir. Digər tərəfdən kürdlər də bəzi şəhərləri ələ keçirib. Son məlumatlara görə, ABŞ İraqın paytaxtı Bağdadda yerləşən səfirliyin diplomatlarını geri çağırıb.