Xəbər lenti

İŞİD “Tac Mahal”ı partlada bilər
Dünya19:59 17.03.2017

İŞİD “Tac Mahal”ı partlada bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bəzi kütləvi informasiya vasitələri İŞİD terrorçularının Hindistanın əsas tarixi abidələrindən biri - Aqra şəhərindəki “Tac Mahal” muzeyini partlatmaq niyyətində oması ilə bağlı məlumat yayıb.  Modern.az xarici mediaya istinadən xəbər verir ki, Hindistan hökuməti yayılan məlumatlardan ciddi narahatlıq keçirdiyini açıqlayıb.

Yerli polis bildirib ki, hələlik bu xəbər kəşfiyyat məlumatları ilə təsdiq olunmur. Lakin işi “taleyin ümidi”nə buraxmaq niyyətləri də yoxdur. Bu səbəbdən muzeyin mühafizəsi gücləndirilib.

Qeyd edək ki, bu günlərdə yerli qəzetlərdə İŞİD-in fəaliyyətini izləyən SİTE adlı saytda yer almış bir fotoşəkil də yayımlanıb. Həmin şəkildə “Tac-Mahal”ın rəsminin fonunda İŞİD terrorçularından biri əks olunub.

Qaynar.Az