Xəbər lenti

İŞİD Türkiyəyə nefti 12 dollardan satır - RUSİYA ŞOK SƏNƏD YAYDI
Dünya07:13 24.03.2016

İŞİD Türkiyəyə nefti 12 dollardan satır - RUSİYA ŞOK SƏNƏD YAYDI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın "RT" telekanalı İŞİD terror qruplaşmasının Türkiyəyə "qara qızıl" satdığını sübut edən sənədlər və şahidlərə sahib olduğunu iddia edib.

Qaynar.info qafqazinfo-ya istinadən bildirir ki, həmin sənədlərin kürd terror qruplaşması olan YPG-nin əlinə keçdiyi, daha sonra RT-nin müxirlərinə ötürüldüyü bildirilir. Elə həmin vaxtlarda kürd döyüşçülərin əlinə keçən Türkiyə, Səudiyyə Ərəbistanı və digər ölkələrin əsirləri İŞİD-in Türkiyəyə əlaqələrinə dair danışıblar.

Qeyd edilir ki, əş-Şəddadi Suriyanın neft hasil edən ən iri mərkəzlərindən biridir. "RT" jurnalistlərinin də oraya kürd qruplaşmasının İŞİD-çiləri qovmasından 10 gün sonra getdikləri deyilir. Telekanalın rejissoru bildirir ki, çəkilişlər təxminən 10 min nəfərin yaşadığı Şəddadidə aparılıb. İŞİD döyüşçüləri bütün əşyalarını, o cümlədən vacib sənədləri də qoyaraq qaçıblar.

Əsir türk döyüşçülərin dediklərinə görə, əksər islamçılar İŞİD-ə Türkiyə ərazisindən keçərək qoşulurlar. Türkiyə hökuməti, gömrükçüləri isə onlara heç bir məhdudiyyət qoymur. Onların fikrincə, buna səbəb Türkiyənin İŞİD-lə ortaq düşməni olmasıdır - YPG. Türkiyə düşmənindən başqasının əli ilə xilas olmağa çalışır. Neft ticarəti aparılır, bunu dəqiq bilirəm. Bundan başqa, onlar İŞİD-ə qida məhsulları ilə yardım edirlər".

Əgər təqdim edilən sənədlərə inansaq, İŞİD Türkiyəyə nefti barelli 12-26 dollardan satır. 

Qaynar.info