Xəbər lenti

İŞİD öz bayrağını Türkiyə sərhədinə sancdı
Dünya13:22 04.07.2014

İŞİD öz bayrağını Türkiyə sərhədinə sancdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin Qaziantep şəhərinin Qarqamış ilçəsinin yaxınlığında yerləşən Suriyanın Zormağara kəndi 3 gün davam edən döyüşlər nəticəsində İŞİD-in əlinə keçib. 

Axar.az xəbər verir ki, kəndi ələ keçirən İŞİD silahlıları ən yüksək nöqtəyə öz bayraqlarını sancıblar. 

Sərhəddə təhlükəsizliyi gücləndirmək məqsədilə Türkiyə əraziyə yeni hərbi qüvvə və zirehli texnika cəlb edir. 

Hazırda ərazidə atışma səsləri eşidilir.

Qaynar.info