
Almaniyanın Aşağı Saksoniya vilayətində İslamın rəsmi din kimi qəbul edilməsi ilə əlaqədar ilkin müqavilə imzalanıb
Almaniyada Bremen və Hamburq vilayətlərindən sonra Aşağı Saksonya əyalətində də İslamın rəsmi din olaraq qəbul edilməsi məqsədilə ilkin sözləşmə imzalanıb. ANS PRESS-in verdiyi xəbərə görə, Aşağı Saksoniya əyalətinin baş naziri Stefan Veyl bu məqsədlə İslam təşkilatlarının nümayəndələri ilə görüşüb.
Veyl və Dini İşlər üzrə Türk İslam Birliyi (DİTİB), Aşağı Saksoniya və Bremen Əyalətlər Birliyi sədrinin Yılmaz Kılıç, Hannover Şurası sədri Avni Altıner və Almaniya Ələvi Birlikləri Federasiyasının sədri Hüseyn Mat ilkin sözləşməni imzalayıb.
Baş nazir müsəlmanların Aşağı Saksoniya cəmiyyətinin önəmli bir hissəsi olduğunu vurğulayıb: “Keçmişdə qarşılıqlı olaraq inamsızlıq olmuşdu. Hökümətimiz bu müqavilə ilə müsəlmanlara hörmətini göstərmək istəyir”.
Qaynar.info