Xəbər lenti

İslam Əməkdaşlıq Təşkilatı dünya müsəlmanlarını təbrik etdi
Dünya14:51 07.08.2013

İslam Əməkdaşlıq Təşkilatı dünya müsəlmanlarını təbrik etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu Ramazan bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edib. 

Trend xəbər verir ki, bu barədə İƏT-in yaydığı məlumatda deyilir.

E.İhsanoğlu bütün dünya müsəlmanlarına xoşbəxtlik, əmin-amanlıq və sülh arzulayıb.

Baş katib deyib: "Müsəlmanlar birlik və həmrəyliyə can atmalıdırlar. Biz bir-birimizi dəstəkləməliyik, yalnız bu halda müsəlman dünyasının bütün problemlərini həll edə bilərik".

Qaynar.info