Xəbər lenti

İslam Kərimovun "varisləri" - Ekspertlər nə deyir?
Dünya09:37 02.09.2016

İslam Kərimovun "varisləri" - Ekspertlər nə deyir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Centrasiya.ru" saytı Özbəkistanda İslam Kərimovdan sonra kimin prezident postuna gətirilə biləcəyi ilə bağlı maraqlı araşdırma aparıb. Qaynarinfo.Az xəbər verir ki, "Özbək insultu: İslam Kərimovun postunu kim tuta bilər?" başlıqlı yazıda ekspertlər daha şanslı namizəd kimi ölkənin hazırki baş naziri Şövkət Mirzeyayevin və baş nazirin birinci müavini Rüstəm Əsimovun adlarını çəkirlər.

"Ölkə konstitusiyasına görə, prezidentin səlahiyyətləri senat sədrinə keçməlidir. Hazırda bu postu Nemətulla Yoldaşev tutur" yazan sayt qeyd edir ki, varisin seçilməsində əsas rolu prezidentin ailəsi, güc qurumları, o cümlədən Milli Təhlükəsizlik Şurasının rəhbəri Rüstəm İnoyatev və regional klanlar oynayacaq.  

Ekspertlər əsasən Şövkət Mirzoyayevin favorit olduğunu düşünürlər. Onun 59 yaşı var. Cizak əyalətində doğulub. Cizak və Səmərqənd qubernatoru işləyib. Mirzoyayevin Kərimova sadiq olmağı ilə yanaşı, sakit xarakteri də önə çəkilir: "Bu namizəd üçün müsbət cəhətdir. Belə olan halda o, ölkə başçısının siyasətini olduğu kimi davam etdirəcək və onun ailəsi ilə razılaşmalara əməl edəcək. Amma əgər kalanlararası mübarizə qızışsa, bu, onun mənfi cəhətinə çevrilə bilər". 

Şövkət Mirzeyayev

Mirzoyayev prezident ailəsinə yaxındır, eyni zamanda MTŞ rəhbəri Rüstəm İnoyatovla da yaxşı münasibətdədir, əla idarəçilik təcrübəsi var - 2003-cü ildən baş nazirdir, iki dəfə qubernator olub. Hazırda isə müxtəlif maraqları birləşdirə bilən liderdir. 

Baş nazir müavini Rüstəm Əzimov isə tanınmış özbək fiziki Sadıq Əzimovun oğludur. Daşkənd klanının nümayəndəsi və elit qrupların təmsilçisi sayılır. O, uzun müddət maliyyə nazirliyində və Milli Bankda mühüm vəzifələrdə çalışıb. 

Rüstəm Əzimov

Ekspertlər İslam Kərimovun qızı Gülnarə Kərimovanı varisliyə namizədlər sırasında görməyiblər: "Çünki onun haqqında faktiki olaraq son iki ildə heç bir məlumat olmayıb". 

Qızılgül

Qaynarinfo.Az