Xəbər lenti

İslamçılar baleti qadağan etmək istəyir
Dünya08:12 30.05.2013

İslamçılar baleti qadağan etmək istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misirdə İslamçılar ölkədə baleti qadağan etmək istəyirlər. 

Qaynar.info-nun məlumatına görə, Müvəqqəti Parlementdə təmsil olunan sələfi millət vəkili Qamal Hamed baleti İslamı ləkələyən sənət növü adlandırıb. 

Hamed Komitənin mədəniyyət, informasiya və turizm məsələlərində aparılan müzakirələr zamanı baletin qadağan olunmasını tələb edib. 

Hamed "Mən mədəniyyət adı altında pisliyə, əxlaqsızlığa, ləyaqətsizliyə və ayıba qarşıyam" deyərək, baletdə yarıçılpaq aktyorlardan başqa yaxşı bir şey görmədiyini bildirdi. 

Son vaxtlar baletin qadağan olunması ilə bağlı gedən söz-söhbətlər səbəbindən bir neçə gün əvvəl Aida operasının finalı təxirə salınıb.

Qaynar.info