Xəbər lenti

İspan sosialistləri və ifrat solçular hökumət koalisiyası barədə razılığa gəldilər
Dünya10:08 24.10.2023

İspan sosialistləri və ifrat solçular hökumət koalisiyası barədə razılığa gəldilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İspaniyanın Sosialist partiyası və ifrat solçu Sumar partiyası yeni hökumət koalisiya barədə razılaşma əldə ediblər.
Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, bu barədə hər iki tərəf çərşənbə axşamı bildirib.
Bazar ertəsi baş nazir vəzifəsini icra edən Pedro Sançez Sumar lideri və əmək naziri vəzifəsini icra edən İolanda Diazla görüşüb.
"Dörd illik qanunvericilik müddəti üçün nəzərdə tutulan bu hökumət sazişi ölkəmizə davamlı və keyfiyyətli məşğulluqla, sosial və iqlim ədalətinə əsaslanan siyasətlər inkişaf etdirərək, hüquqlar, feminist nailiyyətlər və azadlıqları genişləndirməklə böyüməyə imkan verəcək”, - deyə tərəflər birgə bəyanatda bildiriblər. 
Sazişə həmçinin gənclər arasında işsizliyin azaldılması, səhiyyə sisteminin gücləndirilməsi, dövlət mənzil fondunun artırılması, tullantıların azaldılması hədəflərinin artırılması və banklara və iri enerji şirkətlərinə yönəlmiş vergi islahatı planları daxildir.
Sazişə əmək haqqını dəyişdirmədən iş vaxtının azaldılması təklifi də daxildir.
Sançesin baş nazirlik müddətinin uzadılması üçün parlamentin aşağı palatasının Sumar partiyasından olan 33 deputatının, eləcə də Kataloniya və Bask ölkəsinin müstəqilliyini müdafiə edən digər partiyaların dəstəyi lazımdır.
Sosialistlər və Kataloniyanın müstəqillik tərəfdarları razılığa gələ bilməsələr, ölkə yanvarda yeni seçkilərə gedəcək. 
Nizami Bağırov