İspaniya prezidenti Pedro Sançez ölkə parlamentinin buraxılması barədə fərman imzalayıb.
Qaynarinfo xəbər verir ki, qərar Kral VI Filip tərəfindən imzalanandan sonra qüvvəyə minəcək.
Qeyd edək ki, ölkədə 28 apreldə növbədənkənar parlament seçkiləri keçiriləcək. Deputatlar Palatasının 350, Senatın isə 208 üzvü yenidən seçiləcək.
Seçkilərin vaxtından əvvələ təyin edilməsinin səbəbi Sançezin büdcə layihəsinin parlament tərəfindən qəbul edilməməsi olub.
Gülşən