Xəbər lenti

İspaniya Ukraynanın dövlətə xəyanətdə ittiham etdiyi blogeri həbs etdi
Dünya10:52 06.05.2022

İspaniya Ukraynanın dövlətə xəyanətdə ittiham etdiyi blogeri həbs etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın dövlətə xəyanətdə ittiham etdiyi bloger İspaniyada həbs edilib.
Qaynarinfo "Politico” saytına istinadla xəbər verir ki, bu barədə İspan polisi məlumat yayıb.
Ukrayna xüsusi xidmət orqanları bloger və siyasətçi Anatoli Şarını həbs etmək üçün İspaniya hakimiyyəti və Ukrayna Daxili İşlər Nazirliyi ilə birgə xüsusi əməliyyat keçirdiyini bildirib. O, nifrəti təbliğ etməkdə və vətənə xəyanətdə ittiham olunur. 
Ukrayna xüsusi xidmət orqanları sosial media paylaşımında bloger-siyasətçinin xarici agentlərin sifarişi ilə hərəkət etdiyinə inanmaq üçün əsaslarının olduğunu bildirib. 
"Bu həbs Ukraynada hər satqının gec və ya tez layiq olduğu cəzanı alacağına dair sübutdur”,- xüsusi xidmət orqanları sosial media paylaşımında yazıb.
Şarı əvvələr Ukrayna hökumətindəki korrupsiya araşdırmalarına görə məşhurlaşıb. Ancaq o Ukrayna mediası və siyasətçiləri tərəfindən onlayn izləyicilərinə Kreml yönümlü hekayələr təbliğ etməkdə günahlandırılıb. 
Blogger isə deyilənləri inkar edir və onun paylaşımlarında Kreml yönümlü məzmun tapanlara 1000 avro verəcəyini bildirib. 
"Youtube” kanalında 3 milyon izləyicisi olan Şarı Ukraynanı 10 il əvvəl tərk edib və Litvada sığınacaq alıb. 2021-ci ildə Litva onun daimi oturum icazəsini ləğv edib və persona non-qrata elan edib. 
Bloger 2019-cu ildə Şarı partiyası adlı siyasi partiya yaradıb. Sağ yönümlü, avroskeptik partiyanın fəaliyyəti Rusiya ilə şübhəli əlaqələrinə görə dayandırılıb.  
Nurlan Hüseynov