
İspaniyanın Qalisiya əyalətində baş verən qatar qəzası nəticəsində ölənlərin sayı 78-ə çatıb.
Qaynar.info-nun məlumatına görə, daha bir nəfər xəstəxanada dünyasını dəyişib.
Faciə ilə əlaqədar Qalisiya muxtar hökuməti 7 günlük matəm elan edib. Bütün əyləncə tədbirləri təxirə salınıb.
Qalisiya hökumətinin başçısı Alberto Nunyes Feyxo həlak olanların yaxınlarına başsağlığı verib.
Qaynar.info