3İyunun 23-dən 24-nə keçən günün gecəsi İspaniya xalqı hər il keçirilən atəşfəşanlıq ritualını qeyd etmək üçün müxtəlif şəhərlərdə toplaşırlar.
Qaynarinfo bu barədə "Theolivepress.es" saytına istinadən xəbər
verir.
Məlumata görə, iyunun 23-ü gün batarkən başlayan və səhərə qədər davam edən "Müqəddəs Xuan gecəsi” kimi tanınan bu ayin Azərbaycanda od çərşənbəsinin qeyd olunması ilə oxşarlıqlara malikdir.
Bu gecə İspaniyada insanlar od çarşənbəsi bayramında bənzər olan adət üzrə tonqalı qalayıb üstündən tullanır. İspan xalqının inamına görə, kim oddan üç dəfə tullanarsa, problemlərı aradan qalxacaq.
M.Arif