Xəbər lenti

İspaniyada hakimiyyət dəyişdi - VİDEO
Dünya20:41 18.06.2014

İspaniyada hakimiyyət dəyişdi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İyunun 18-də axşam İspaniya kralı 1-ci Xuan Karlos oğlu Felipenin xeyrinə krallıq taxtından imtina etmək barədə akt imzalayıb. 

Aktı öz imzası ilə İspaniya hökumətinin başçısı Mariano Paxoy imzlayıb. Bu münasibətlə kral sarayında təntənəli mərasim olub.

Aktual.az Euronews telekanalına istinadən bildirir ki, mərasimdə kraliça Sofiya, şahzadə və onun ailəsi də daxil olmaqla, 150 nəfər iştirak edib. Mərasimdə kral qeyd edib ki, o, bu addımı ilə gənc nəslə fəaliyyət imkanı verir və ümid edir ki, bu, iqtisadi böhrandan əziyyət çəkən İspaniyanın inkişafına təkan verəcək.

Xuan Karlos Felipenin idarəetmə üçün kamillik və məsuliyyət kimi hisslərə malik olduğunu bildirib, ona dəstək verənlərə təşəkkür edib və “İspaniya həmişə mənim ürəyimdə qalacaq”, - deyib.

İyunun 19-da Felipenin tacqoyma mərasimi keçiriləcək.