İspaniyada miqrant gəmisi qəzaya uğrayıb.
Qaynarinfo Washington Post-a istinadən xəbər verir ki, hadisə 11 nəfərin ölümü ilə nəticələnib, 33 sərnişin xilas edilib. Xilas olunanlardan 29-u kişi, 4-ü qadındır. Gəmidə Afrikadan İspaniyaya yola düşən miqrantlar olub.
Qeyd edək ki, 2018-ci il ərzində 61 500 miqrant Afrikadan İspaniyaya keçib. Onların 55 mini su yolundan istifadə edib.
Gülşən