Xəbər lenti

Dünya 15:05 05.03.2024

İspaniyada qadınları cinsi köləliyə məcbur edən mütəşəkkil dəstə ifşa olundu

İspaniyada əcnəbi qadınları cinsi köləliyə məcbur edən cinayətkar qrup ifşa olunub. 

Qaynarinfo xəbər verir ki, bu barədə milli polisin mətbuat xidməti məlumat yayıb.

İstintaq insan alverinin qurbanı olduqlarını iddia edən iki qadının şikayətindən sonra başlayıb. Məlum olub ki, cinayətkar təşkilat Kolumbiya əsilli qadınları işə cəlb edərək İspaniyaya seks işçisi kimi daşıyıb. Qurbanlar kuratorlarına olan "borcunu" ödəmək üçün Badajoz şəhərindəki əxlaqsızlıq yuvasında çalışıb və qazancın heç bir faizini almayıb. Eyni zamanda, qadınlar daim təzyiqlərə, təhdidlərə, təhqirlərə məruz qalıblar.

Axtarışlar zamanı agentlər mütəşəkkil cinayətkar qrupa məxsus evlərdən odlu silah, döyüş sursatı, 4 mobil telefon müsadirə edib, həmçinin 15 min avrodan çox pul olan virtual pul kisəsinə daxil olublar. Məlum olduğu kimi, şəbəkənin lideri qanunsuz qazancın əhəmiyyətli hissəsini kriptovalyuta mədənçiliyi üçün kompüter avadanlığının alınmasına yönəldərək pulları yuyub.

Polisin keçirdiyi əməliyyat nəticəsində 2 qadın cinsi köləlikdən azad edilib, dəstənin fəaliyyətinin qurbanı olan daha 7 nəfərin yeri müəyyən edilib, 3 nəfər həbs edilib, onlardan ikisi nəzarətə götürülüb. Onlar seksual cinayətlər, fahişəliyə məcbur etmə, cinayətkar qruplaşmada iştirak və qanunsuz silah saxlama maddələri ilə ittiham olunurlar.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->