Xəbər lenti

İspaniyada qatar qəzası: 80-nə yaxın ölü
Dünya04:56 25.07.2013

İspaniyada qatar qəzası: 80-nə yaxın ölü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İspaniyanın şimal-qərbində baş verən dəmir yolu qəzasında həlak olanların sayı ən azı 77 nəfərə çatıb. Trend-in məlumatına görə, bu barədə regional məhkəmələr məlumat verib.
Əvvəl 69 nəfərin öldüyü bildirilirdi. Məlumata görə, xilasedicilər dağıntılar altından 73 meyit çıxarıblar, daha 4 nəfər xəstəxanada vəfat edib.
Sərnişin qatarı Santyaqu-de-Kompostella şəhəri yaxınlığında relsdən çıxıb. Qəza çərşənbə günü yerli vaxtla saat 20:42-də baş verib. Qatarın bütün 13 vaqonu çevrilib. Ümumilikdə, qatarda 218 sərnişin, sürücü, həmçinin onun köməkçiləri olub. Qatar paytaxt Madrid şəhərindən Ferrol şəhərinə istiqamətlənmişdi.


Qaynar.info