Xəbər lenti

İspaniyanı yenən Gürcüstan millisinin futbolçusu "Qəbələ"də
İdman15:54 08.06.2016

İspaniyanı yenən Gürcüstan millisinin futbolçusu "Qəbələ"də

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ölkəmizi Avroliqada təmsil edəcək "Qəbələ" yay transfer bazarında ilk keçidini rəsmiləşdirib.

Qaynarinfo.az-ın məlumatına görə, "Qəbələ" ötən mövsüm Bakı "İnter"inin şərəfini qorumuş Nika Kvekveskiri ilə müqavilə bağlayıb.

Onun "İnter"də qalmamasının səbəbi də "Qəbələ"nin daha çox pul təklif etməsidir. Onu da xatırladaq ki, hələ 5 gün əvvəl onun "Qəbələ"yə keçə biləcəyini xəbər vermişdik.

Qeyd edək ki, Nika Kvekveskiri həm də Gürcüstan millisinin dayaq yarımmüdafiəçisidir. Yeri gəlmişkən, dünən onun millisi Xetafe şəhərində Avropa çempionatının favoritlərindən olan İspaniyaya sensasion şəkildə 1:0 qalib gəlib (Kvekveskiri ehtiyatda qalıb - red.). Halbuki Gürcüstan millisi bundan əvvəl qitə birinciliyinin ortabab gücdə olan komandalarından Slovakiya (1:3) və Rumıniyaya (1:5) uduzmuşdu.

Qaynarinfo.az