Xəbər lenti

İsrail 71 ildən sonra Türkiyə ilə bu müqaviləni ilk dəfə imzalayacaq
Dünya10:34 07.07.2022

İsrail 71 ildən sonra Türkiyə ilə bu müqaviləni ilk dəfə imzalayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə ilə İsrail arasında 71 ildən sonra aviasiya müqaviləsi imzalanacaq.
Qaynarinfo bu barədə TRT-yə istinadən xəbər verir.
Məlumata görə, Türkiyə və İsrail nümayəndə heyətləri hava nəqliyyatı məsələlərini müzakirə etmək üçün görüşüblər.
İclasda İsrail hava yolu şirkətlərinin Türkiyəyə uçuşların bərpası tələbləri müzakirə edilib.
Görüş zamanı imzalanacaq yeni aviasiya müqaviləsi ilə hava trafikinin genişləndirilməsi qərara alınıb.
İsrail Nəqliyyat Nazirliyinin mövzu ilə bağlı verdiyi açıqlamada vurğulanır ki, Türkiyə ilə İsrail arasında normallaşma prosesi davam edir. Bu, 1951-ci ildən bəri imzalanan ilk aviasiya müqaviləsi olacaq.
Beləliklə, İsrail hava yolları şirkətlərinin Türkiyəyə uçuşları yenidən başlayacaq.
Qeyd edilir ki, müqavilənin bir neçə gün ərzində imzalanması gözlənilir.
M.Arif