İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan bildirib ki, HƏMAS silahlıları yəhudi dövlətinə qarşı vəhşicəsinə hücum ediblər.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "Fox News"
danışıb.
Erdan qeyd edib ki, bu hücum görünməmiş bir hadisədir və onu yalnız 2001-ci ildə ABŞ-da baş vermiş bir sıra terror aktları ilə müqayisə etmək olar.
"Bu, bizim 11 sentyabr hadisəmizdir. Biz tənliyi dəyişmək, köhnə paradiqmanı məhv etmək əzmindəyik. Bu heyvanlar ağır qarşılıq ödəyəcəklər və biləcəklər ki, mülki vətəndaşlarımıza qarşı bir daha bu vəhşiliklər törədilə bilməz”, deyə Erdan bildirib.
Qeyd edək ki, 2001-ci il sentyabrın 11-də "Əl-Qaidə” qruplaşmasının 19 terrorçusu ABŞ-da 4 sərnişin təyyarəsini qaçırıb. Onlardan ikisi Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə, daha ikisi isə Vaşinqtona yönəldilib. Dördüncü təyyarə hədəfinə çata bilməyib və Pensilvaniya ştatının Şenksvill şəhəri yaxınlığında qəzaya uğrayıb.
Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və "Əl-Əqsa tufanı" əməliyyatının başladığını elan edib. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.
İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı "Dəmir Qılınclar” adlanırıb. Hücumlara cavab olaraq İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın hədəflərinə zərbələr endirib.
Fələstinin hücumları nəticəsində İsrail tərəfində çox sayda insan ölüb və yaralanıb, mülki obyektlərə zərbələr endirilib.
Aydın