Xəbər lenti

İsrail əsgərləri qadın və tibb işçisi paltarı geyinərək xəstəxanaya basqın etdi (VİDEO)
Dünya12:50 30.01.2024

İsrail əsgərləri qadın və tibb işçisi paltarı geyinərək xəstəxanaya basqın etdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrail əsgərləri İordan çayının qərb sahilində Cenin şəhərindəki İbn Sina xəstəxanasına hücum edərək atəş açıblar. Onlara cavab atəşi açılmayıb. Hadisə yerində üç nəfər həlak olub. 
Qaynarinfo xəbər verir ki, bu barədə Associated Press Fələstin Səhiyyə Nazirliyinə istinadən yazır.
Nazirlik hücumu pisləyib və beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə çağırıb, 
İsrail isə öz növbəsində yaraqlıların xəstəxanadan sığınacaq kimi istifadə etdiyini, reyd zamanı öldürülənlərdən birinin HƏMAS-ın yüksək rütbəli komandiri Məhəmməd Jalmana olduğunu bildirib. Bildirilir ki, çərşənbə axşamı əməliyyatı zamanı öldürülən digər iki fələstinli Cenində yerləşən HƏMAS-la müttəfiq "İslami Cihad”ın üzvü olublar. 
Sosial şəbəkələrdə yayılan və xəstəxananın müşahidə kamerasından ehtimal edilən videodan müsəlman baş örtüyü taxmış qadın paltarı geyinmiş onlarla silahlı kişi və ağ həkim paltarı geyinmiş xəstəxana işçiləri əks olunub. 
Nizami Bağırov