Xəbər lenti

İsrail girovların azad edilməsi müqabilində HƏMAS liderlərini Qəzzadan buraxa bilər
Dünya11:59 02.11.2023

İsrail girovların azad edilməsi müqabilində HƏMAS liderlərini Qəzzadan buraxa bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrail HƏMAS-ın Qəzza zolağında saxladığı girovları hərəkatın liderləri və üzvlərinin bölgəni tərk etməsinə icazə verməklə azad etməyi düşünür. 
Qaynarinfo xəbər verir ki, bu barədə İsrailin "Yediot Ahronot” qəzeti məlumat yayıb.
Bu ideya mediada müzakirə olunur, yüksək səviyyədə, o cümlədən baş nazir Benyamin Netanyahunun iştirakı ilə qaldırılıb. İsrailin baş naziri bu mövzuya böyük maraq göstərib və əlavə materiallar istəyib. 
Qəzet qeyd edir ki, bu ssenari 1982-ci ildə Yasir Ərəfat və Fələstin Azadlıq Təşkilatı yaraqlılarının "Qalileyə sülh” əməliyyatı nəticəsində Livanı tərk etdiyi hadisələri xatırladır. Sonra İsrail ordusu Livanın paytaxtı Beyrutu ələ keçirib və Fələstin Azadlıq Təşkilatı Tunisə köçmək məcburiyyətində qalıb. Əməliyyatın sonunda Livanın cənubunda İsrail hərbçilərinin 2000-ci ilə qədər "Cənubi Livan ordusu” ilə birgə nəzarətində olan "təhlükəsizlik zonası” yaradılıb.
HƏMAS-ın Qəzzadən çıxarılması yeni siyasi nizamın yaradılmasını nəzərdə tutur, terrorçularla mübarizəni asanlaşdıracaq və İsrail ordsunun bölgədə uzun müddət qalmasını tələb etməyəcək, əks halda İsraildən əlavə vaxt və resurslar tələb olunacaq. Bununla belə, ideyanın həyata keçirilməsi çətin olacaq: minlərlə yaraqlını çıxarmaq, tunellər sistemini və yeraltı bazaları ləğv etmək, həmçinin HƏMAS-ın hərbi obyektlərini məhv etmək lazımdır.
İsrailin məlumatına görə, HƏMAS 140-ı xarici vətəndaş olmaqla 229 nəfəri girov saxlayır. HƏMAS Siyasi Bürosunun sədr müavini Saleh əl-Aruri israilliləri fələstinli məhbuslarla dəyişməyə hazır olduğunu bildirib. 
Nizami Bağırov