Xəbər lenti

İsrail HƏMAS-a hücum etmək üçün "İncil"dən istifadə edir
Dünya08:55 03.12.2023

İsrail HƏMAS-a hücum etmək üçün "İncil"dən istifadə edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında hücum hədəflərini seçmək üçün süni intellekt (AI) sistemindən istifadə edir. 
Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian” və İsrailin "Local Call” qəzetləri yazır.
Sistem HƏMAS üzvlərinin və digər qrupların yaşaya biləcəyi evlərin hərbi koordinatlarını təklif edir, lakin zərbə endirmə qərarı hərbçilər tərəfindən verilir. Mütəxəssislər xəbərdarlıq edir ki, bu cür təcrübələr süni intellektə həddən artıq etibar etməyə gətirib çıxarır, operatorlar mülki şəxslərə zərər vurma riskini şüurlu şəkildə qiymətləndirmək qabiliyyətini itirirlər.
"İsrail Qəzza zolağına zərbələr endirmək üçün hədəfləri seçmək üçün "İncil" süni intellekt (AI) sisteminə etibar edir. Ekspertlər seçilmiş taktikadan narahat olduqlarını bildirirlər", deyə nəşrlər qeyd edib.
"İsrail ordusunun məlumat bazasında HƏMAS və ya digər silahlı qruplaşmalara üzv olmaqda şübhəli bilinən 30-40 min nəfər haqqında məlumat var və avtomatlaşdırılmış sistem belə fələstinlilərin yaşayış binalarının koordinatlarını təklif edir", deyə "Local Call"ın mənbələri bildirib.
Aydın