Xəbər lenti

İsrail HƏMAS-ın infrastrukturunu və rəhbərliyini tamamilə məhv edəcək
Dünya12:24 21.10.2023

İsrail HƏMAS-ın infrastrukturunu və rəhbərliyini tamamilə məhv edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrailin Almaniyadakı səfiri Ron Prozor bildirib ki, təmsil etdiyi dövlət Qəzza zolağında radikal HƏMAS hərəkatının infrastrukturunu və liderlərini məhv etmək siyasətini davam etdirəcək. 
Qaynarinfo xəbər verir ki, bu barədə DPA agentliyi mılumat yayıb.
"HƏMAS-ın infrastrukturunu və rəhbərliyini tamamilə məhv edəcəyik”, deyə səfir bildirib.
O, həmçinin qeyd edib ki, İsrail uzunmüddətli qarşıdurma ilə üzləşib. Onun fikrincə, HƏMAS-ın ölkəyə hücum etdiyi gün İsrail tarixində ən qara gün olub. Prozor hesab edir ki, Qəzza zolağının əhalisi qruplaşmadan azad edilməlidir.
"Müxtəlif hallarda HƏMAS İŞİD-dən daha pisdir, ona görə də bu, təkcə İsrail üçün deyil, hamımız üçün təhlükədir... HƏMAS bu müharibəni istədi və bizi buna məcbur etdi", deyə diplomat vurğulayıb.
Oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi "Əl-Əqsa tufanı" əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Bundan əlavə, kütləvi raket hücumlarından sonra təşkilatın qırıcıları İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub. 
Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və zolağdakı hədəflərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.
Aydın