Xəbər lenti

İsrail hərbi qəbiristanlığında xaç skandalı: Şəhidin valideynləri gözü yaşlı
Dünya 23:05 22.10.2024

İsrail hərbi qəbiristanlığında xaç skandalı: Şəhidin valideynləri gözü yaşlı

İsrail Müdafiə Nazirliyi, dekabr ayında Qəzza zolağının cənubunda döyüşdə şəhid olan IDF (İsrail Müdafiə Qüvvələri) serjantı David Boqdanovskinin ailəsi ilə başdaşı üzərindəki xaçı çıxartmaq məsələsində razılıq əldə etməyə çalışır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Jerusalim Post" yazır.

"Qanunla hərbi başdaşına xaç və ya hər hansı bir dini işarənin qoyulması yolverilməzdir", deyə nazirlik bildirib.
 
Şəhid olan xristian hərbçinin ailə isə qəbiristanlıqda digər məzarların dini işarələrlə işarələndiyini iddia edib.

"Bu, Hayfa hərbi qəbiristanlığında, yəhudi əsgərlərin də dəfn edildiyi yerdə xüsusilə önəmlidir", deyə nazirlik əlavə edib. Bu fikir IDF Baş Rabbisinin xaçın yəhudi qəbiristanlığının müqəddəsliyini pozduğunu bəyan edən hökmünə istinad edir.

Nazirlik ailə ilə razılığa gəlmək üçün "yaxınlıqda dəfn edilənlərin ailələrinin tələblərini nəzərə alaraq" çalışdıqlarını, bu ailələrin "xaçın onların hisslərinə zərər verdiyini və Kadiş (matəm duası) oxumaq imkanlarını azaltdığını" bildirdiyini qeyd edib. Həmçinin, IDF baş rabbinin hökmünə də istinad edib.

Nazirlik Bogdanovsinin başdaşından xaçın çıxarılması üçün çalışsa da, onun ölümünə görə başsağlığı verib və ailənin yanında olmağa davam edəcəyini vurğulayıb. Nazirlik, "hər tərəf ilə həssas şəkildə işlədiklərini və mümkün qədər tez bir razılıq və həll yolu əldə etməyi ümid etdiklərini" də əlavə edib.

Hayfalı xristian olan Boqdanovsi KAN nəşrinə görə, 2014-cü ildə Ukraynadan İsrailə köçüb və Mübarizə Mühəndislik Qüvvələrində xidmət edib. O, keçən il Xan Yunisdə şəhid olub. Ailəyə, xaçı çıxarmaq üçün noyabrın əvvəlinə qədər vaxt verildiyi bildirilib. 

Bu ayın əvvəlində, Boqdanovsinin anası Hayfadakı məzarını ziyarət edərkən, başdaşının qara parça ilə örtüldüyünü və bu zaman oktyabrın 7-də öldürülənlər üçün bir mərasim keçirildiyini görüb. "Hiss etdiyim təhqiri sözlə ifadə edə bilmirəm", - o, İsrail xəbər agentliyinə bildirib.

"David, ölkəni bütün qəlbi ilə sevirdi. Onun başdaşına həkk olunmuş xaç, onun şəxsiyyətinin bir hissəsidir və uşaq vaxtı öyrəndiyi inancdır", - anası Facebook-da paylaşdığı statusda yazıb.

Yuliya digər iştirakçı ailələrə hörmət etmək məqsədiylə dövlət mərasimində qara parçanı çıxartmamağı uyğun bilib. "Mən digər valideynlərin hisslərini hörmətlə yanaşıram və hər bir ana, ata, bacı və qardaşın ürəyində olan acını bilirəm. Mərasimi bir döyüş meydanına çevirmək istəmirdim", - o, paylaşımında bildirib.

"Düşündüm ki, Davidim, ölkəsi uğrunda canını verən, miqrasiya etdikdən sonra doqquz il boyunca ölkəsini bütün qəlbi ilə sevən, IDF-yə mənim, ailəsinin və hamımızın müdafiəsi üçün qoşulan birinin digər əsgərlərlə heç bir fərqi yoxdur. O, ikinci dərəcəli vətəndaş deyil. Orada durub, qəzəb, narazılıq və heç nə anlamadan ağladım", - ana deyib.

"Ordunun və dövlətin Davidi unutduğunu hiss edirəm, - KAN Davidin atası Vadimdən sitat gətirib. - Mən başa düşmürəm, kömək edəcək heç kim yoxdur, yalnız onun dostları cəhd edir, ancaq onlar da heç nə edə bilmirlər".

Ailənin bir dostu N12-yə danışaraq deyib: "Valideynləri çox kədərlidir. Biz səbəbi dəqiq bilmirik, çünki qəbiristanlıqda digər qəbirlər üstündə xaçlar var. Niyə Davidin başdaşının xaçın çıxarılması tələb olunur?" Onun dediyinə görə, başdaşı çıxarılmayacağı halda, məzarın tamamilə köçürüləcəyi bildirilib.

IDF-dəki qəbul edilmiş prosedura görə, şəhid olan əsgərlərin başdaşı ailələri ilə koordinasiya edilərək hazırlanır, eyni zamanda onların şərəfini və şəxsi istəklərini nəzərə alır. Başdaşlarının dizaynı Müdafiə Nazirliyi ilə əməkdaşlıqla həyata keçirilir. Ailələr başdaşlarına element əlavə etməyi və ya dəyişməyi seçdikdə, qanunu pozurlar, - N12 reportajında qeyd olunub.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->