
İsrail ordusundan verilən yazılı açıqlamada “Bu gün saat 14:00-da İsrail Hava Qüvvələri, Ağdəniz üzərində təsbit etdiyi Cənubi Livandan gələn bir pilotsuz təyyarəni vurmuşdur”, - deyə bildirilib.
Hərbi qaynaqlardan alınan məlumata görə, pilotsuz təyyarə Ağdəniz üzərində 6 min fut sürətlə uçarkən F-16 qırıcı təyyarəsi vasitəsi ilə vurulub. Hal-hazırda İsrail Dəniz Qüvvələri vurulan təyyarənin qalıqlarını axtarır.
Qeyd edək ki, İsrail ordusu keçən ilin noyabr ayında da Negev çölü üzərində təsbit etdiyi pilotsuz təyyarəni vurmuşdu. Livan Hizbullahı vurulan təyarənin onlara məxsus olduğu açıqlaması vermişdi./musavat.com/