Xəbər lenti

İsrail hökuməti və parlamenti buraxıldı: Jair Lapid müvəqqəti baş nazir oldu
Dünya05:15 21.06.2022

İsrail hökuməti və parlamenti buraxıldı: Jair Lapid müvəqqəti baş nazir oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrail hökuməti bazar ertəsi buraxıldığını elan edib. Baş nazir, Kiçik Yamina Partiyasının lideri Naftali Bennett, xarici işlər naziri və Yaş Atid Partiyasının lideri Yair Lapid hazırkı Knessetin buraxılması və növbədənkənar seçki ilə razılığa gəlib.
Qaynarinfo bu barədə BBC-ə istinadən xəbər verir.
Vurğulanır ki, növbəti hökumətin formalaşmasına qədər aralıq dövrdə Yair Lapid baş nazir postunu tutacaq. 
Naftali Bennett və Yair Lapid hazırkı parlamentin buraxılması ilə bağlı qanun layihəsini gələn həftə səsverməyə çıxaracaq. 
İsrailin müdafiə naziri Benni Qantz "Twitter" hesabında yazıb ki, o, hökumətin buraxılmasına görə təəssüflənir, çünki kabinet İsrail cəmiyyətini inkişaf etdirmək, təmin etmək və gücləndirmək üçün böyük səylər göstərmişdi.
Qeyd edək ki, son üç ayda Bent-Lapid hökumətinin devrilməsini "qaçılmaz” adlandıran müxalifət lideri Benyamin Netanyahu baş verənləri alqışlayıb, özünün və partiyası "Likudun"u hakimiyyətə qayıtmasına çağırıb.
Netanyahu bazar ertəsi axşam deyib ki, o, sağçı və dini partiyalarla birlikdə tezliklə "İsrail xalqının milli qürurunu canlandıran” hökumət quracaq.
M.Arif