Xəbər lenti

İsrail İlham Əliyevi təbrik etdi
Siyasət08:16 11.10.2013

İsrail İlham Əliyevi təbrik etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsrail Prezidenti Şimon Peres Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Şimon Peres prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə dövlətimizin başçısını təbrik edib, prezidentlik fəaliyyətində ona uğurlar arzulayıb.

İlham Əliyev də göstərilən diqqətə və təbrikə görə İsrail prezidentinə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycanla İsrail arasında əlaqələrin müxtəlif aspektlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qaynar.info