Xəbər lenti

İsrail İran meyilli döyüşçülərin mövqelərinə raket zərbələri endirdi
Dünya12:28 10.06.2022

İsrail İran meyilli döyüşçülərin mövqelərinə raket zərbələri endirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrail cümə günü səhər Suriyanın paytaxtı Dəməşqin cənubundakı mövqelərə raket zərbələri endirib.
Qaynarinfo bu barədə Reuters agentliyinə istinadən xəbr verir.
Suriya rejiminin hərbi rəsmisi bildirib ki, İsrailin cümə günü səhər erkən saatlarında raket zərbəsi paytaxtın cənubundakı əraziləri hədəf alıb.
O, əlavə edib ki, "cümə günü iyunun 10-da, səhər saat 4:20-də İsrailin hava hücumu  Colan təpələrindən Dəməşqin cənubundakı ərazilərə raket zərbələri endirdi, lakin hava hücumundan müdafiə qüvvələri cavab verdi və onların əksəriyyətini zərərlişləşdirdi.  Bəzi maddi ziyanlar dəydi".
Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, İsrailin raket zərbəsi Dəməşq Beynəlxalq Hava Limanı ərazisində İranın nəzarətində olan yaraqlıların sılah-sursat anbarlarını hədəf alıb.
Suriya İnsan Haqları Müşahidə Qrupu həmçinin bu hücumda çox sayda İran meyilli döyüşçülərin yaralandığını, üç hədəfin alovlandığını və təcili yardım maşınlarının Dəməşq hava limanı yolunda sıxışdırıldığını qeyd edib.
M.Arif