Xəbər lenti

İsrail: İran nüvə bombası yaratmağa xeyli yaxınlaşıb
Dünya14:40 13.04.2022

İsrail: İran nüvə bombası yaratmağa xeyli yaxınlaşıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran silah əldə etməsi üçün yetəri qədər zənginləşdirilmiş uran əldə etməyə yaxındır. 
Qaynarinfo bu barədə "Yerusalim Post”a istinadən xəbər verir. 
Bu səviyyə Qərb ölkələri tərəfindən danışıqlar üçün müəyyənləşdirilmiş qırmızı xətt deməkdir. 
Hələ ki İranın uranı zənginləşdirməsi silah istehsalı üçün lazım olan 90% saflığa çatmayıb, ancaq az təmizlikdə zənginləşdirilmiş çox miqdarda uran da bomba düzəltmək üçün kifayət edir. 
İsrail hesab edir ki, İran 60% təmizlikdə kiyafət qədər zənginləşdirilmiş uran əldə etməyə yaxındır. 
İranla Amerika arasında 2015-ci il nüvə sazişi danışıqlarına qayıtmaqla bağlı müzakirələr keçən həftə bitib. Danışıqlarda İranın təzə tələbi - İslam İnqilabı Keşikciləri Korpusunun Amerika xarici terror təşkilatları siyahısından çıxarılması ortaya atılıb. 
Amerika rəsmi şəkildə İranın tələbinə cavab verməyib, ancaq keçən həftə Dövlət Departamentinin sözcüsü Co Baydenin İslam İnqilabi Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıdığını bildirib. 
Nurlan Hüseynov