
ABŞ İsrailin İranın nüvə təhlükəsini neytrallaşdırmaq üçün hərbi vasitələrə əl atacağı təqdirdə ona dəstək verməlidir. Bu barədə ABŞ Konqresi tərəfindən qəbul edilmiş sənəddə deyilir.
Senatorlar Robert Menendes və Lindsi Qrem tərəfindən hazırlanmış sənəddə qeyd edilir ki, o, güc tətbiqini təsdiqləmir, amma dəstəyini bəyan edir:
"Əgər İsrail İranın nüvə təhlükəsini neytrallaşdırmaq üçün hərbi vasitələrə əl atarsa, ona ərazisini, əhalisini və mövcudluğunu qorumaq üçün kömək etməliyik".
Sənəddə, həmçinin İrana qarşı sanksiyaların gücləndirilməsinə çağırış da var.
Trend