Xəbər lenti

İsrail İrandan raket atıldığını bildirib
Dünya 09:29 17.06.2025

İsrail İrandan raket atıldığını bildirib

İsrail Ordusu İrandan növbəti raket zərbəsi qeydə alıb, ölkənin şimalında hava hücumu sirenləri səslənib.

"Report” xəbər verir ki, bu barədə Ordunun Mətbuat xidməti məlumat yayıb.

"İsrailin Müdafiə Ordusu İrandan yəhudi dövlətinin ərazisinə doğru atılan raketləri aşkar edib. İsrail Hərbi Hava Qüvvələri təhlükəni aradan qaldırmaq üçün raketi vurub və cavab zərbələri endirir", - Ordunun bəyanatında deyilir.

Həmçinin qeyd olunur ki, raket buraxıldıqdan sonra İsrailin şimalında bir neçə bölgədə hava hücumu sirenləri səslənib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->