Xəbər lenti

İsrail kəşfiyyatından şok Türkiyə açıqlaması
Dünya09:31 19.06.2013

İsrail kəşfiyyatından şok Türkiyə açıqlaması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsrail kəşfiyyat xidməti MOSSAD-a yaxınlığı ilə bilinən Debka saytı NATO və İngiltərə də daxil olmaqla bəzi Avropa ölkələrinin Suriyaya Türkiyə vasitəsilə toplar və tank əleyhinə raketlər göndərdiyini iddia edib. 

Qaynar.info-nun məlumatına görə, Debka-nın yaydığı xəbərdə qeyd olunub ki, bu ölkələr tərəfindən göndərilən 120 mm-lik top, tank və təyyarə əleyhinə raketlər iyunun 17-də Türkiyəyə təhvil verildikdən sonra dərhal Hələbə çatdırılıb. 

Sayt Suriyaya göndərilən silahların əsas mənbəyinin Liviyi olduğunu və son bir neçə gündə Türkiyəyə Liviyadan 27 yük təyyarəsinin gəldiyini də iddia edib. 

Qaynar.info