Xəbər lenti

İsrail metal detektorları məsciddən sökür
Dünya06:51 25.07.2017

İsrail metal detektorları məsciddən sökür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsrail Əl Əqsa məscidindən metal detektorları sökmək barədə qərar qəbul edib.

"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu açıqlama verib. Baş nazir bildirib ki, detektorlar söküləcək və daha fərqli təhlükəsizlik tədbirlərinin təşkili üçün 28 milyon dollar vəsait ayrılacaq. 

Qeyd edək ki, Əl Əqsa məscidində baş verən teraktdan sonra İsrail höküməti təhlükəsizlik məqsədilə müqəddəs tikiliyə metal detektorlar yerləşdirmiş, lakin bu addım fələstinlilərin etirazı ilə qarşılanmışdı. Təxminən 1 həftə davam edən etiraz aksiyalarında 3 fələstinli dünyasını dəyişib, bir fələstinli isə yəhudi ailəsinin evinə girərək 3 nəfəri bıçaqla qətlə yetirib.

Gülşən

Qaynarinfo.Az