Xəbər lenti

İsrail MN rəhbəri Qəzza zolağının blokadaya alınması barədə göstəriş verdi
Dünya11:24 09.10.2023

İsrail MN rəhbəri Qəzza zolağının blokadaya alınması barədə göstəriş verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrailin müdafiə naziri Yoav Qalant Qəzza zolağının tam blokadaya alınmasına göstəriş verdiyini bildirib. Nazirin sözlərinə görə, orada ərzaq və enerji təchizatı dayandırılacaq.
Qaynarinfo xəbər verir ki, bu barəd Qalant videomüraciətində bildirib.
"Mən Qəzza zolağının tam blokadaya alınmasını əmr etdim. Nə işıq, nə ərzaq, nə qaz, hər şey bağlıdır”, deyə Qalant bildirib. 
Qeyd edək ki, İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-də səhər saatlarında İsrail ərazisinə yüzlərlə raket atılması ilə başlayıb. Qəzza zolağında 490-dan çox insan həlak olub. İsrail 700-dən çox itki olduğunu bildirib.
"The New York Times” yazır ki, İsrail kəşfiyyatının hücumun hazırlanmasından xəbəri olmayıb, Qərb kəşfiyyat orqanlarının da heç bir məlumatı olmayıb. Bu gün, oktyabrın 9-da İsrail Qəzza zolağı yaxınlığındakı şəhərlərə nəzarəti bərpa etdiyini açıqlayıb.
Nizami Bağırov