İsrail Müdafiə Qüvvələri HƏMAS-ın daha bir yüksək rütbəli üzvü Məhəmməd Əbu Şamalı öldürüb.
Qaynarinfo xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat
yayıb.
"İD Hərbi Hava Qüvvələrinin təyyarələri HƏMAS terrorçularının dəniz qüvvələrinə rəhbərlik edən Məhəmməd Əbu Şamala zərbələr endirib. Onun evi suda fəaliyyət göstərən yaraqlılar tərəfindən istifadə edilən və İsrailə qarşı terror üçün nəzərdə tutulan silah anbarı kimi istifadə olunurdu", - deyə məlumatda bildirilir.
Bundan əlavə, İsrail ordusu HƏMAS-ın elit Nuxba bölməsinə zərbə endirdiyini bildirib.
Alpər