Xəbər lenti

İsrail ordusu Qəzzada quru əməliyyatı zamanı həbs edilən 114 fələstinlini azad etdi
Dünya09:58 02.02.2024

İsrail ordusu Qəzzada quru əməliyyatı zamanı həbs edilən 114 fələstinlini azad etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrail ordusu cümə axşamı quru əməliyyatı zamanı həbs edilən 114 fələstinlini azad edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Xinhua Qəzza sərhəd xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbəti qeyd edib ki, onlar Qəzza zolağının cənubundakı Kerem Şalom keçid məntəqəsindən buraxılıblar.
Sərbəst buraxılan fələstinlilərdən bəzilərinin səhhətlərinin pisləşdiyi üçün Rəfah şəhərindəki Nəcar xəstəxanasına köçürüldüyü bildirilir.
"Euro-Med” insan haqları monitorinq təşkilatının məlumatına görə, Qəzza zolağında quru əməliyyatı zamanı İsrail ordusu yüzlərlə fələstinlini həbs edib və onları naməlum istiqamətə aparıb.
"Xinhua”nın məlumatına görə, agentliyin xəstəxanada görüşdüyü məhbuslardan bəziləri həbsdə olduqları müddətdə "döyüldüklərini, alçaldıldığını və işgəncələrə məruz qaldıqlarını” bildiriblər.
Nizami Bağırov