
İsrail ordusu zirehli texnika, kəşfiyyat təyyarələri və helikopterlərlə Qəzzaya girib.
Qaynar.info-nun məlumatına görə, İsrail ordusu qurudan 8 tank və buldozer, havadan kəşfiyyat təyyarələri və helikopterlər vasitəsilə Refah şəhərindəki Sofiya sərhəd məntəqəsini işğal ediblər.
İsrail ordusunun 7 buldozer və çoxlu sayda tankla Xan Yunus şəhərindəki Əbu Reyda sərhəd qapısından da girdiyi bildirilib. Buldozerlər tank və təyyarələrin mühafizəsi altında Xan Yunus və Refah şəhərlərində fələstinlilərə aid əraziləri qazmağa başlayıblar.
Qaynar.info