Çərşənbə günü, iyulun 22-də İsrail parlamentinin Knesset iclasında, istər Bennett-Yair Lapid koalisiya hökumətinin, istərsə də müxalifətin üzvü olan 110 iştirakçının hamısı parlamentin 24-cü müddətinin buraxılmasının lehinə səs verib. İclasda on nümayəndə iştirak etməyib.
Qaynarinfo bu barədə "Timeofisrael" saytına istinadən xəbər
verir.
Naftali Bent-Yair Lapid fraksiyası müxalifət lideri Benyamin Netanyahunun hazırkı Knesset daxilində hökuməti üçün koalisiya yarada bilmədiyinə görə parlamentin buraxılmasını yekunlaşdırmaqla bağlı əlavə hüquqi tədbirlər görməyə tələsir.
Benyamin Netanyahu erkən seçkiləri alqışlayıb, xüsusən də yeni sorğular "Likud”un qarşıdan gələn seçkilərdə daha çox yer qazanacağını vurğulayıb.
Lakin Netanyahu və tərəfdarları təkid edirlər ki, İsraili "boşuna seçkilərə” sürükləmədən, hazırkı parlament şəraitində ilk növbədə yeni koalisiya yaratmağa çalışmaq lazımdır.
Qeyd edilir ki, üç il yarım ərzində beşinci seçki keçiriləcəyi təqdirdə Netanyahunun fraksiyası və tərəfdarları güc qazansalar da, parlamentdəki 120 yerdən yalnız 60-nı qazana bilərlər.
Hökuməti qurmaq üçün isə ən azı 61 nümayəndənin dəstəyi lazımdır.
M.Arif