
Qüdsdəki Əqsa və Qübbətüssəhra məscidlərinin yaxınlığındakı tarixi binaları sökən İsrail hökuməti burada sinaqoq və polis mərkəzləri tikəcək.
İsrailə aid buldozerlərin Əqsa məscidinin yaxınlığında yerləşən binaları sökməsinə etiraz edən Əl-Əqsa Vəqf və Mədəniyyət Mirası Qurumu söküntü işlərinin məscidin 50 metrliyində aparıldığını bildirib.
Söküntünün tamamlanmaq üzrə olduğu bildirilən açıqlamada İsrailin sinalqoq, polis mərkəzi, muzey və hamamların da daxil olduğu iri kompleks inşa etməyi planlaşdırdığı qeyd olunub.