Xəbər lenti

İsrail Qəzza zolağının gələcəyi ilə bağlı qərar verdi - Nələr olacaq?
Dünya06:22 21.10.2023

İsrail Qəzza zolağının gələcəyi ilə bağlı qərar verdi - Nələr olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrail Fələstinin radikal HƏMAS hərəkatı ilə müharibə başa çatdıqdan sonra Qəzza zolağı ilə əlaqələri kəsmək qərarına gəlib. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" rəsmilərə istinadən məlumat yayıb.
Mənbələrdən biri bildirib ki, Təl-Əviv bundan sonra qəzzalıların iş probleminin həllinə kömək etməyəcək.
"Biz onlarla bütün bağları kəsdik", deyə adı açıqlanmayan məmur bildirib.
Bundan əlavə, İsrail tərəfi Qəzza zolağından müharibədən əvvəl fəaliyyət göstərən keçid məntəqələrini bağlayacaq.
Qeyd edək ki, bir gün əvvəl "Bloomberg" agentliyi ABŞ və İsrailin BMT-nin dəstəyi və ərəb ölkələrinin iştirakı ilə Qəzza zolağında müvəqqəti hökumətin yaradılması imkanlarını müzakirə etməyə başladığını yazıb.
Oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi "Əl-Əqsa tufanı" əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Bundan əlavə, kütləvi raket hücumlarından sonra təşkilatın qırıcıları İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub. 
Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və zolağdakı hədəflərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.
Aydın