İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağındakı quru əməliyyatını təxminən həftənin sonuna - ABŞ Yaxın Şərqdə hava hücumundan müdafiəsini gücləndirənə qədər təxirə salıb.
Qaynarinfo bu barədə "The Wall Street Journal”a
istinadən xəbər verir.
Nəşrin mənbələrinə görə, ABŞ Yaxın Şərqdə xidmət edən qoşunlarını qorumaq üçün ona yaxın hava hücumundan müdafiə sistemi yerləşdirməyi planlaşdırır. Pentaqon hesab edir ki, bu qoşunlar quru əməliyyatı zamanı yaraqlıların hədəfinə çevrilə bilər, ona görə də onları qorumaq lazımdır. Hava hücumundan müdafiə sisteminin bu həftənin sonunadək yerləşdiriləcəyi planlaşdırılır.
Məqalədə qeyd edildiyi kimi, İsrail ABŞ-ın tələbini təmin etməyə razılaşıb. Bundan əlavə, Qəzzaya humanitar yardımın çatdırılması məsələlərini də nəzərə alırlar.
Nizami Bağırov