Xəbər lenti

İsrail qırıcısı vuruldu
Dünya11:51 23.07.2014

İsrail qırıcısı vuruldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Həmas“ hərəkatı İsrail qırıcısını vurduğunu açıqlayıb.

Anspress-in məlumatına görə, “Həmas”ın hərbi qanadı olan İzzəddin əl-Kassam Tuqayları Qəzza səmasında İsrailə aid bir ədəd F16 qırıcısını raketlə vurduğunu bəyan edib.

F16 Qəzzanın mərkəzini bombardman etmək istəyərkən zərərsizləşdirildiyi bildirilir. İsrail tərəfi qırıcının vurulması ilə bağlı hələ ki, heç bir açıqlama yaymayıb.

Qeyd edək ki, İsrail ordusu iyunun 7-də Qəzzada hava, iyunun 17-də isə quru əməliyyatlarına başlayıb. Hərbi əməliyyatlar zamanı 635 fələstinlinin öldüyü, 4 min fələstinlinin isə yaralandığı bildirilir. İsrail ordusu isə 15-ə yaxın əsgərini itirib.

Qaynar.info