Xəbər lenti

İsrail: "Türkiyə üzr istəsin"
Dünya09:21 02.04.2013

İsrail: "Türkiyə üzr istəsin"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsrail hökumətinin "Mavi Mərmərə" hadisəsimə görə, Türkiyədən üzr istəməsindən bəri ölkədə gərginliklər hələ də davam edir. 

Qaynar.info-nun məlumatına görə, bu hadisəyə maraqlı yanaşma ilə qatılan Likud Partiyası millət vəkili Moşe Feyqlin Türkiyənin də 1942-ci ildə baş verən Struma hadisəsi üçün üzr istəməsini bildirib. 

Feyqlin facebook səhifəsi ilə yayadığı açıqlamasında təxminən 800 yəhudinin öldüyünü xatırlayaraq, "Türklər köçkünləri ölməyə məcbur etdi. Yəhudilərin xüsusi bacarığı var, onlar unutmurlar" deyə yazıb. 

Qeyd edək ki, İkinci Dünya Müharibəsi zamanı faşistlərdən qaçan 800 yəhudi Struma adlı gəmilə Rumıniyadan Fələstinə qaçmaq istəyiblər. Lakin gəmi İstanbula çatmadan motoru xarab olaraq yold qalıb. Almaniya o zaman sərnişinlərin çıxarılmaması üçün Türkiyəyə təzyiqlər göstərdi. O zaman yəhudi köçünü qadağan edən İngiltərə də Ankaraya eyni təzyiqləri etmişdi. Uzun müddət dənizin ortasında qalan gəmi SSRİ sualtı qayığı tərəfindən partladıldı.

Qaynar.info