Xəbər lenti

İsrail quru əməliyyatını məhbuslarla bağlı danışıqlara görə təxirə salıb - NYT
Dünya11:50 23.10.2023

İsrail quru əməliyyatını məhbuslarla bağlı danışıqlara görə təxirə salıb - NYT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Birləşmiş Ştatlar HƏMAS qruplaşması tərəfindən saxlanılan girovlarla bağlı danışıqlara vaxt qazanmaq üçün İsrailə Qəzza zolağında quru əməliyyatının başlamasını təxirə salmağı tövsiyə edib. 
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” (NYT) mənbələrinə istinadən yazır. 
Nəşrin məlumatına görə, hücumun təxirə salınması ilə bağlı tövsiyələri ABŞ-ın müdafiə naziri Lloyd Ostin israilli həmkarına çatdırıb.
İsrail müdafiə nazirinin sözçüsü bu məlumatı şərh etməyib. Eyni zamanda, İsrailin ABŞ-dakı səfiri Maykl Hersoq CNN telekanalının efirində bildirib ki, ABŞ İsrailə təzyiq etmir.
"Onlar bizə məsləhət verirlər, amma nə etməli və ya nə etməməli olduğumuzu demirlər”, - diplomat vurğulayıb.
Qəzet yazır ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Qəzza zolağına daha çox humanitar yardım çatdırmaq üçün İsrailin quru əməliyyatının başlamasını təxirə salmağı planlaşdırır. Administrasiya əlavə mülki itkilərin qarşısını almaq üçün yolların müəyyən edilməsinin vaxt aparacağını ehtimal edib. Qeyd edilir ki, Vaşinqton İranın dəstəklədiyi qrupların ABŞ maraqlarına mümkün hücumuna qarşı müdafiə hazırlamaq üçün vaxt qazanmağı planlaşdırır. 
"İran tərəfdarlarının ABŞ qüvvələrinə qarşı eskalasiya potensialı var”, - ABŞ Dövlət Katibi Antoni Blinken NBC telekanalında deyib.
Qeyd edək ki, İsrail Qəzza zolağı ilə müharibənin ilk günündən quru hərbi əməliyyata başladığını elan edib. Lakin hücum bir neçə dəfə təxirə salınıb. Oktyabrın 19-da İsrailin müdafiə naziri Qəzza zolağında quru əməliyyatına başlamaq əmrinin tezliklə veriləcəyini bildirib.
Qəzza zolağı ilə İsrail arasında müharibə başlayandan sonra Livan-İsrail sərhədində vəziyyət kəskin şəkildə pisləşib. ABŞ və İsrail Livandan müharibəyə müdaxilə etməməyi xahiş etsə də, son günlər Hizbullah və İsrail ordusu arasında döyüşlər instensivləşib. 
Nizami Bağırov