İsrailin müdafiə naziri bazar ertəsi (20 iyun) bildirib ki, İsrail ABŞ-ın dəstəklədiyi regional hava hücumundan müdafiə koalisiyası yaradır.
Qaynarinfo bu barədə "Reuters" agentliyinə istınadən xəbər
verir.
Bani Qantz əlavə edib ki, müdafiə kompleksi artıq İranın hücumlarının qarşısını alıb və ABŞ prezidenti Co Baydenin gələn ay İsrailə səfəri ilə gücləndirilə bilər.
Qeyd edilir ki, son illərdə İsrail İslam Respublikası ilə bağlı ümumi narahatlıqları bölüşən ABŞ-a yaxın ərəb ölkələrinə müdafiə sahəsində əməkdaşlıq təklif edib.
Bazar ertəsi günü "Yaxın Şərq Hava Hücumundan Müdafiə Koalisiyası" adlandırdığı təşkilatı açıqlayan İsrailin müdafiə naziri Benni Qantz İsrail qanunvericilərinə belə bir əməkdaşlığın davam etdiyini bildirib.
"Son bir il ərzində mən, Pentaqon və ABŞ hökumətindəki həmkarlarım İsraillə region ölkələri arasında əməkdaşlığı gücləndirən daha geniş proqrama rəhbərlik etmişik”, - o, əlavə edib.
Onun sözlərinə görə, plan hazırda fəaliyyətdədir və İranın İsrailə və digər ölkələrə hücum cəhdlərini uğurla izləməyə imkan verib.
Aydın