Xəbər lenti

İsrail Səudiyyə Ərəbistanı ilə əlaqələri dərinləşdirəcək – Netanyahu
Dünya10:47 07.08.2023

İsrail Səudiyyə Ərəbistanı ilə əlaqələri dərinləşdirəcək – Netanyahu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrailin baş naziri Benyamin Netanyahu, ölkələrin bir-birini rəsmən tanıyıb-tanımamasından asılı olmayaraq, Səudiyyə Ərəbistanı ilə iqtisadi və işgüzar əlaqələri dərinləşdirmək niyyətində olduğunu açıqlayıb. 
Qaynarinfo xəbər verir ki, o, bu barədə "Bloomberg"ə müsahibəsində danışıb.
Benyamin Netanyahu hesab edir ki, əgər İsrail və Səudiyyə Ərəbistanının "siyasi istəkləri" varsa, o zaman ölkələr münasibətləri normallaşdırmaq üçün "siyasi yol" tapa bilər. Onun fikrincə, İsrail və Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq "investorlar üçün böyük iqtisadi nəticələrə" səbəb olacaq.
İsrail və Səudiyyə Ərəbistanının bir-biri ilə əməkdaşlıqda həyata keçirə biləcəyi layihələr arasında Netanyahu Ərəbistan yarımadasından keçərək Avropaya gedən "iqtisadi dəhlizin” adını çəkib. Marşruta enerji, nəqliyyat və kommunikasiya texnologiyaları daxildir.
Qeyd edək ki, 2022-ci ilin dekabrında İsrailin Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin əsas vəzifələrindən birinin İsrail ilə ərəb dövlətləri arasında "sülh dairəsinin kəskin şəkildə genişləndirilməsi" olacağını söyləyib. 
Nizami Bağırov