Suriyanın dövlət mediası cümə günü səhər tezdən İsrail hava qüvvələrinin Suriya ordusunun Dəməşq ətrafındakı mövqelərinə endirdiyi zərbələr endirməsi barədə məlumat yayıb. Hücum nəticəsində 3 suriyalı əsgər ölüb, daha 7 əsgər yaralanıb.
Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər
verir.
Yerli media Suriya ordusunun rəsmisinə istinadən xəbər verib ki, İsrail hava qüvvələri Colan yüksəkliklərini vurub. Suriya ordusu atılan raketlərdən bir neçəsini havada vurub.
İsrailin MOSSAD təşkilatına yaxın mətbuat orqanlarından olan "Intelli Times" hücum zamanı Dəməşqin cənubundakı Sveyda bölgəsinin hədəf alındığını yazıb. "Intelli Times" qeyd edir ki, İranın Qüds Korpusunun və onun himayəsində olan silahlıların mövqeləri bu ərazidə yerləşir. Həmçinin İrandan Livana "Hizbullah" üçün göndərilən silahlar da müvəqqəti olaraq bu ərazidə saxlanılır.
Aydın