Xəbər lenti

İsrail Suriyanı vurdu - SON DƏQİQƏ
Dünya10:39 24.03.2013

İsrail Suriyanı vurdu - SON DƏQİQƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsrail ordusu Suriyanı top atəşinə tutub

İsrail ordusunun Suriya sərhədindəki Qolan təpələrində patrul xidməti aparan İsrail hərbi maşınlarına Suriya tərəfdən son 24 saat ərzində iki dəfə atəş açılmasından sonra Təl-Əviv qarşı tərəfə zərbələr endirib. 

Qaynar.info-nun verdiyi xəbərə görə, İsrail ordusundan bildirilən məlumatda İsrail hərbi maşınlarına atəş açılmasından sonra Suriya ordusuna aid hədəfin top və raket atəşilə vurulduğu qeyd edilib.

İsrailin Qolandakı gərginliyin daha da arta biləcəyi ehtimalını nəzərə alaraq, bölgəyə əlavə hərbi qüvvələr göndərdiyi qeyd edilir.

Eyni zamanda İsrail müdafiə naziri Moşe Yaalon sərhəddəki gərginliyə görə, Suriya rejimini günahlandıraraq, İsrailin Suriyadan gələcək hər hansı bir sərhəd pozuntusuna dərhal cavab verəcəyi xəbərdarlığını edib. O qeyd edib ki, Suriyadan açılan atəş israilli əsgərləri hədəf aldığı üçün bu kimi qəti addımlar atıblar və bundan sonra bu hal bir daha təkrarlanacağı təqdirdə sərt cavab veriləcək.

Suriya tərəfi isə hələ məsələyə münasibət bildirməyib.

Qaynar.info