Xəbər lenti

İsrail Türkiyəyə təzminat ödəyəcək
Dünya11:46 24.04.2013

İsrail Türkiyəyə təzminat ödəyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tərəflər “Mavi Mərmərə”yə hücum zamanı şəhid olanların ailələrinə ödəniləcək vəsaitlə bağlı razılığa gəliblər.

İsrail Türkiyənin “Mavi Mərmərə” gəmisinə hücumu ilə bağlı danışıqların ilkin mərhələsində tərəflər hücum zamanı öldürülən insanların ailələrinə ödəniləcək təzminatla bağlı xüsusi mexanizmin hazırlanmasına razılıq verib. Anspress-in məlumatına görə razılaşmaya əsasən, İsrail ordusu ölənlərin ailələrinə maksimum məbləğ kimi, 150 min dollar ödəməyi təklif edib. Qeyd edək ki, Türkiyə tərəfi bir qədər əvvəl İsraildən hər bir ailəyə görə, 1 milyon dollar istəmişdi. 

İsrail hökuməti, Türkiyənin barışıq şərtlərini yerinə yetirəcəyi təqdirdə isə “Mavi Mərmərə” gəmisinə edilən hücum zamanı əməliyyatlarda iştrak edən əsgərlərə qarşı hüquqi proseslərin dayandırılmasını tələb edib. Görüşdə iştrak edən İsrail heyəti razılaşmadan məmnun qalıb. 

Rəsmilər görüşün hər iki ölkə arasında münasibətlərin bərpa olunması yolunda vacib əhəmiyyət kəsb etdiyini bildiriblər. Xatırladaq ki, “Mavi Mərmərə” gəmisi 2010-cu il 31 may tarixində Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan zaman İsrail əsgərlərinin hücumuna məruz qalmış və nəticədə 9 türk vətəndaşı öldürülmüşdü.

Qaynar.info